İdman

gimnastikadan

başlayır

Dina Averina: Bu qədər istiqanlı dəstək görməyi gözləmirdim

27 aprel 2019

Dina Averina: Bu qədər istiqanlı dəstək görməyi gözləmirdim

Milli Gimnastika Arenasında çox yaxşı şərait yaradılıb.

Bunu Trend-ə ikiqat mütləq dünya çempionu və üçqat Avropa çempionu, rusiyalı gimnast Dina Averina deyib.

Bakıda il dəfə çıxış edən gimnast tamaşaçılardan bu cür dəstək gözləmədiyini deyib:

"Tamaşaçılar bilirdi ki, mən gürzlə hərəkətlərdə "Şərq nağılları" mahnısı altında çıxış edirəm. Mən hələ xalçaya çıxmamış, onlar məni dəstəkləməyə başladılar. Bu, çox kömək edir".

D.Averina eyni zamanda öz çıxışından razı qalmadığını deyib:

"Tam razı qalmadım, bəzi səhvlər oldu. Finallarda onların öhdəsindən gəlməyə çalışcacağam".

Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Ötən gün Z.Ağamirova halqa ilə hərəkətlərdə 19.800 xal toplayaraq həmin alət üzrə final mərhələsinə vəsiqə qazanıb.