İdman

gimnastikadan

başlayır

Maqsud Fərzullayev: Bədii gimnastika üzrə Dünya Kuboku maraqlı keçəcək

26 aprel 2019

Maqsud Fərzullayev: Bədii gimnastika üzrə Dünya Kuboku maraqlı keçəcək

Bədii gimnastika üzrə Dünya Kuboku maraqlı keçəcək.

Bunu Trend-ə Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev deyib.

O bildirib ki, hər yarışa olduğu kimi bu Dünya Kubokuna da hazırlıq yüksək səviyyədə gedib:

“Biz qonaqları qarşılamaqdan məmnunuq. 39 nümayəndə heyəti gəlib. Maraqlı və baxımlı yarış olacaq”.

Arenanın direktoru əlavə edib ki, Bakıda səfirliklərin nümayəndələri fəal şəkildə yarışlarda iştirak edir və məmnunluqla öz ölkələrinin idmançıları ilə görüşür.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.