İdman

gimnastikadan

başlayır

Doğma arena, doğma xalça və doğma Bakı - Rusiyalı gimnast Dina Averina

17 sentyabr 2019

Doğma arena, doğma xalça və doğma Bakı - Rusiyalı gimnast Dina Averina

Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatında çoxnövçülük üzrə qızıl medal qazanan rus gimnastı Dina Averina, çıxışında azərbaycanlı tamaşaçıların ona böyük dəstək verdiyini söylədi.

Trend-in məlumatına görə, Dina Averina öz çıxışı haqda bunları söyləyib: "Şərq nağılları kompozisiyası əsasında qurulmuş proqramımın gimnastika arena salonununyarış zalının bəzəkləri ilə üst-üstə düşməsindən məmnun qaldım. Nəinki Rusiyadan gələn azarkeşlər, eyni zamanda azərbaycanlı tamaşaçılar da "Şərq nağılları" mahnısını oxudular. Çıxış edərkən onların oxuduğunu eşidirdim və özüm də onlarla birlikdə oxumağa başlayırdım. Onların sayəsində mənim çıxışım uğurlu oldu.

Bundan başqa, Dina Averina gürzlə hərəkətlərdə əşyanın itirilməsi haqqında şərh edib. "Mənim üçün bir az təəccüblü oldu, çünki bu çıxışdan əvvəl itkilər yox idi. Özümü toplamağı bacara bildim və başa düşdümki bu çoxnövçülükdür. Mən çoxnövçülüyü çox sevirəm çünki dörd alətlə çıxış etməlisən və bir yerdə səhv etmiş olsanız, səhvinizi düzəldə bilərsiniz”, Dina Averina bildirib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.