16 mart 2017
Azərbaycanda gimnastikaya olan belə yanaşma və münasibətlə burda bu idman növü daha da inkişaf edəcək.
Bunu Trend-ə əfsanəvi gimnast, üçqat Olimpiya çempionu, çoxqat dünya və Avropa çempionu Svetlana Biginskaya deyib.
Gimnast ilk dəfədir Azərbaycana gəldiyini qeyd edib: "İlk təəssüratlarım elə Bakı aeroportundan başlayıb. Şəhərin gözəl, təmiz və müasir olması məni heyran etdi. Arenanı çox bəyəndim. Bura genişdir, hər cür şərait yaradılıb. Burda məşq etmək, çıxış etmək çox xoşdur".
O, yarışlara hələ normal baxmaq imkanı olmadığı üçün təəssüf etdiyini bildirib.
Gimnast deyib: "Zalın işıqlandırılması ilə bağlı maraqlı yenilik ediblər. Ona görə ifalar zamanı maraqlı şou alınır".
O, Azərbaycanın gimnastikadakı nəticələrini izlədiyini deyib: "Düşünürəm ki, Azərbaycanda bu işə belə münasibətlə, belə gözəl zalla, arena ilə ölkədə gimnastika inkişaf etdikcə edəcək. Sadəcə bir az vaxt lazımdır".
“Trend” İnformasiya Agentliyi, 16 mart 2017-ci il