İdman

gimnastikadan

başlayır

"Dünya kubokunda məqsədim finala yüksəlmək və medal qazanmaqdır"

24 fevral 2024

Azərbaycanda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda batut üzrə fərdi proqramda çıxış edən braziliyalı gimnast Alis Qomez yarışla bağlı təəssüratlarını bölüşüb.
- Mən dördüncü dəfədir ki, Azərbaycana səfər edirəm. Burada yarışlar həmişə yüksək səviyyədə təşkil olunur. Bakıdakı Milli Gimnastika Arenası infrastruktur baxımından çox fərqlənir. Bu isə idmançıların hazırlıq prosesi və çıxışları üçün vacib məqamdır. İnsanlar çox qonaqpərvərdirlər və mehriban münasibət göstərirlər. Yarışlar lisenziya xarakteri daşıdığı üçün yaxşı nəticə göstərmək çox vacibdir. Dünya kubokunda məqsədim finala yüksəlmək və medal qazanmaqdır.