İdman

gimnastikadan

başlayır

Dünya Yaş Qrupları Yarışlarında iştirak bizim üçün böyük təcrübədir - ABŞ idmançıları

05 mart 2022

Dünya Yaş Qrupları Yarışlarında iştirak bizim üçün böyük təcrübədir - ABŞ idmançıları

Akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında iştirak bizim üçün böyük təcrübədir.

Bunu Trend-ə amerikalı gimnastlar Uillou Noubl və Sidni Padios deyib.

"Hesab edirik ki, birinci təsnifatda yaxşı nəticə göstərdik. Çıxışımızdan razı qaldıq, bu cür iri yarışda iştirak etmək bizim üçün böyük təcrübə, gücümüzü yoxlamaq imkanıdır. Bakıda yarışların təşkili çox yaxşıdır, idmançılar üçün vacib olan bütün amillər diqqətə alınıb. ABŞ komandası hər şeydən razıdır. Bizim hədəfimiz finala çıxmaq və orada uğurlu çıxış etməkdir", - deyə gimnastlar bildirib.