İdman

gimnastikadan

başlayır

Emanuela Makkarani: BAKI ÇOX DƏYİŞİLİB VƏ GÖZƏLLƏŞİB

14 iyun 2014

Emanuela Makkarani: BAKI ÇOX DƏYİŞİLİB VƏ GÖZƏLLƏŞİB

İtaliyanın bədii gimnastika üzrə yığma komandasının məşqçisi “Vestnik Qafqaza” saytının müxbirinə bu fikirləri bildirib: “ Zal çox gözəldir, hər şey yaxşı təşkil olunub, lakin məşqlərə ayrılan vaxt çox qısadı, daha uzun olsaydı yaxşı olardı. Xoşuma gəlməyən yeganə bu idi, qalan hər şey mükəmməl idi”.

Bakı haqda təəssüratlarının necə olduğu sualına məqşçi belə cavab verdi: “Şəhərdə bir neçə yerdə olmuşam, hər şey xoşuma gəldi. İlk dəfə burada 2005-ci ildə olmuşdum və o zaman İtaliya komandası Dünya Çempionatında ilk medalını qazanmışdır. Düşünürəm ki, Bakı o vaxtdan bugünə kimi çox dəyişilib və daha gözəl olub. Hər şey çox dəyişilib, şəhər daha “bahalı” və gözəl görünür. Küçədə çox sayda insanlar var idi. Görünür ki, onlar gəzib əylənmək istəyirlər”.