17 sentyabr 2019
Milli Gimnastika Arenasında çıxış edən Azərbaycanın Xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov (EMIN) Vestnik Kavkaza saytına müsahibəsində bildirib ki, 37-ci Bədii Gimnastika üzrə Dünya Çempionatının möhtəşəm açılışı bir ömür boyu xatırlanacaq bir hadisədir.
Açılış Mərasimində müğənni Müslüm Maqomayevanın "Mavi Əbədiyyət" də daxil olmaqla üç mahnısını səsləndirib.
"Məni nadir hallarda böyük tədbirlərə dəvət edirlər. Bunlar bir ömür boyu xatırlanan hadisələrdir. Bu günün performansı - zalda elə bir enerji, elə bir istilik var idi ki, bunu yalnız səhnədə olanda hiss edə bilirsən, yəni mən və musiqiçilərim."
E. Ağalarov qeyd edib ki, bu tədbir üçün musiqi seçimi çox uğurlu olub. "Təşkilatçılar elə mahnıları seçdilər ki, mənə elə gəlir ki, insanlar burada, Azərbaycanda bu musiqiləri çox sevirlər. Bu mahnılar Rusiya və bütün qonşu ölkələrdə də sevilir"deyə, Emin Ağalarov bildirib.
O, həm də qeyd edib ki, tədbirə dəvət olunmasından məmnunluq duyur.