İdman

gimnastikadan

başlayır

Azarkeş: Çox sevinirik ki, ölkəmizdə belə möhtəşəm yarışlar keçirilir

18 fevral 2017

Azarkeş: Çox sevinirik ki, ölkəmizdə belə möhtəşəm yarışlar keçirilir

"Gimnastika yarışlarına gəlib tamaşa etmək bizə böyük zövq verir və çox sevinirik ki, ölkəmizdə belə möhtəşəm yarışlar keçirilir".

Bunu Trend-ə bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kubokuna tamaşa etməyə gəlmiş gimnastika azarkeşi Xatirə Zülfüqarova deyib.

O bildirib ki, Azərbaycanda gimnastikanın belə inkişaf etməsi çox sevindirici haldır: "Övladlarımız da gimnastika ilə məşğul olur. Bu həm də onların sağlam böyüməsi, vaxtlarını səmərəli keçirməsi üçün çox əhəmiyyətlidir”.

X.Zülfüqarova əlavə edib ki, bu cür dünya səviyyəli yarışların Azərbaycanda keçirilməsi həm də ölkəmizin dünyada təbliğinə xidmət edir: “Həm dünyanın müxtəlif ölkələrindən insanlar Azərbaycana gəlir, həm də televiziya vasitəsilə ölkəmizdə keçirilən yarışları izləyirlər. Bu çox sevindirici haldır”.

“Trend” İnformasiya Agentliyi, 18 fevral 2017-ci il