İdman

gimnastikadan

başlayır

FIG: “Azərbaycan Gimnastika Federasiyası yarışları yüksək səviyyədə təşkil edib" ifadəsi keyfiyyət nişanına çevrilib

15 mart 2017

FIG: “Azərbaycan Gimnastika Federasiyası yarışları yüksək səviyyədə təşkil edib

Həm Azərbaycan Gimnastika Federasiyası istiqamətində, həm də Beynəlxalq Gimnastika Federasiyası (FIG) istiqamətində biz böyüyürük, inkişaf edirik, yeniliklər tətbiq edirik.

Bunu Trend-ə FIG idman gimnastika üzrə texniki komitəsinin prezidenti Arturs Mitskeviçs deyib.

Onun sözlərinə görə, o, texniki komitənin prezidenti kimi Azərbaycan gimnastikasının inkişaf istiqamətini dəstəkləyir. “Ümid edirəm ki, biz gələcəkdə də əməkdaşlıq edəcəyik. Hesab edirəm ki, Azərbaycan Gimnastika Federasiyasının çətinliklə tətbiq etdiyi yeniliklər uğur əldə edəcək, zalda və televizor qarşısında oturan tamaşaçılar tərəfindən yaxşı qarşılanacaq. Azərbaycan bütün istiqamətlər üzrə yeniliklərin uğur qazanması üçün çalışır”.

A.Mitskeviçs qeyd edib ki, yarış güclü idmançılarla zəngin olacaq: “Burada Olimpiya çempionları və mükafatçıları var. Mən kompromissiz mübarizə, hakimlərdən isə düzgün qərarlar gözləyirəm. Bizim indi tətbiq etdiyimiz yeniliklərin öz əsasları və məqsədləri var. Biz yarış zamanı hər şeyi yoxlayacağıq və düzgün istiqamətdən əmin olacağıq”.

Onun sözlərinə görə, o həmişə Azərbaycanda hər şeyin yüksək səviyyədə təşkil olunduğunu bilirdi: “Sadəcə, bir ifadə işlətmək olar - Azərbaycan Gimnastika Federasiyası yarışları yüksək səviyyədə təşkil edib. Bu, artıq keyfiyyət nişanına çevrilib. Artıq bunu yoxlamaq və bundan əmin olmağa ehtiyac yoxdur”.

O qeyd edib ki, Olimpiya dövrünün əvvəlində bu cür zəngin turniri təşkil etmək kifayət qədər çətindir: “Mən Çin və Yaponiyanın gəlişindən təəccübləndim. Rusiya və ABŞ ənənəvi olaraq bu cür yarışlara getmir. Bakıda ona hazır olmalıdırlar ki, növbəti yarışlarda, xüsuilə lisenziya tələb edən yarışlarda iştirakçıların sayı daha çox olacaq”.

“Trend” İnformasiya Agentliyi, 15 mart 2017-ci il