"Azərbayacanda məşqçlik səviyyəsi, xüsusilə də bədii gimnastikada son illərdə surətlə artıb", bunu
Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) mütəxəssisi, məşqçilik kurslarının rəhbəri Hardi Fink
deyib.
O vurğulayıb ki, son 10 il ərzində Azərbaycan bədii gimnastika üzrə öncül ölkələr sırasına daxil olub:
"Ölkədə bədii gimnastikanın inkişafı üçün digər ölkələrdə belə olmayan şərait yaradılıb. Mən digər ölkələrdə bu qədər gimnastika xalçası, gimnastlar üçün lazımi idman avadanlığı görməmişəm".
Kurslar barədə danışan H.Fink qeyd edib ki, bu kurslar məşqçilərə idmançıların anatomiyasını və fiziologiyasını daha yaxşı başa düşməyə, məşqlərin ilkin mərhələlərində yarana biləcək səhvlərin qarşısını almağa kömək edəcək.
Qeyd edək ki, ötən gün Bakıda FIG Akademiyasının ekspertləri tərəfindən yerli məşqçilər üçün təşkil olunmuş üçüncü (yüksək) dərəcəli məşqçilik kursları başlayıb. Yanvarın 15-dək davam edəcək kurslarda Azərbaycan, Rusiya, Ukrayna və Bolqarıstandan 22 məşqçi iştirak edir.