01 dekabr 2018
Beynəlxalq Gimnastika Federasiyasının vitse-prezidenti Chaoi Luo FIG İcraiyyə Komitəsi və Bakıda keçiriləcək növbəti Konqres zamanı azerisport.com saytına müsahibə verib.
"Bu, mənim Azərbaycanın paytaxtına ilksəfərim deyil, həmişə bura böyük məmnuniyyətlə gəlirəm. İndi qarşımızda birgə səy vasitəsilə həll edilməsi lazım olan bir sıra vacib məsələlər var. Onlardan biri də Etika Komissiyasının yaradılmasıdır. Bunu çox əhəmiyyətli məqam hesab edirəm.
Eyni zamanda, böyük gözləntilər Konqreslə bağlıdır, parkurun gimnastika ailəsinə aparılması məsələsi müzakirə olunacaq, qitə federasiyalarının rəhbərlərinin hesabatları dinləniləcəkdir. İnanıram ki, gimnastikanın inkişafı doğru istiqamətə gedir və biz olimpiya təsnifatı ilə bağlı məsələlərə yeni yanaşmanı və irəliyə getməmiz üçün bir çox digər məqamları həyata keçirtməliyik", - Luo bildirib.