16 mart 2017
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku adi yarışlar kimi yox, rəngli bir şou kimi keçir.
Bunu Trend-ə Yaponiyanı Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında təmsil edən Kazuyuki Takeda deyib.
Yapon gimnast əlavə edib: "Arena çox genişdir, yuxarıda istirahət üçün otaq var, mənim çox xoşuma gəlir. Ümumilikdə yarışlar yüksək səviyyədə təşkil edilib".
Takeda həmçinin vurğulayıb ki, Azərbaycan milli mətbəxini də çox bəyənib.
“Trend” İnformasiya Agentliyi, 16 mart 2017-ci il