İdman

gimnastikadan

başlayır

Finala yüksələn Nekrasova: Tapşırıq minimum yerinə yetirilib

16 mart 2017

Finala yüksələn Nekrasova: Tapşırıq minimum yerinə yetirilib

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda finala vəsiqə qazanmağım məni çox məmnun edir, bu gün tapşırıq minimum yerinə yetirilib.

Bunu Trend-ə bu gün Bakıda keçirilən idman gimnastikası ürə Dünya Kuboku yarışlarında final mərhələsinə yüksəlmiş Azərbaycan gimnastı Marina Nekrasova deyib.

O, əsasən sabahkı yarışlara kökləndiyini bildirib.

M.Nekrasova bildlrib: "Sabah daha iki sınağım var - tirdə və sərbəst hərəkətlərdə iştirak edəcəyəm. Əhvalım yüksəkdir, bu gün çıxış etmək çox həyəcanverici idi. Tribunalar tamaşaçı ilə dolu idi, bizi alqışlayırlar. Özümü ələ almağa çalışdım və çox şadam ki, qələbəyə nail oldum".

Xatırladaq ki, bu Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda M.Nekrasova dayaqla tullanma hərəkətlərinin nəticəsinə görə final mərhələsinə yüksəlib.

“Trend” İnformasiya Agentliyi, 16 mart 2017-ci il