İdman

gimnastikadan

başlayır

Gənc hakimlər: Bakıda idman gimnastikası üzrə Dünya Kuboku ədalətli mübarizə şəraitində keçəcək

16 mart 2017

Gənc hakimlər: Bakıda idman gimnastikası üzrə Dünya Kuboku ədalətli mübarizə şəraitində keçəcək

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ədalətli mübarizə şəraitində keçməsi üçün hamı əlindən gələni edəcək.

Bunu Trend-ə yeni beynəlxalq dərəcəli Azərbaycan hakimləri deyiblər.

Üçüncü dərəcəli hakim Əhməd Ağayev deyib: "Hakim işində ən əsası ədalətli olmaqdır".

Dördüncü dərəcəli hakim Uğur Xəlilbəylinin sözlərinə görə, idmançılar da, hakimlər də öz işlərində böyük məsuliyyət daşıyırlar: "İdmançının üzərinə böyük məsuliyyət düşür, çünki öz ölkəsini təmsil edir. Hakimlər isə obyektiv qiymətlər verməlidirlər ki, yarışların yüksək səviyyədə keçməsini təmin etsinlər".

Üçüncü dərəcəli hakim Xəlil Hüseynov qeyd edib ki, bu gün hakimlərin öz işlərini təmiz, obyektiv, doğru yerinə yetirəcəkləri çox gözəl yarışlar gözlənilir.

Dördüncü dərəcəli hakim Şakir Şıxəliyev isə bildirib: "Biz Azərbaycan Gimnastika Federasiyasına Bakıda Beynəlxalq Hakimlik Kurslarını keçirdiyi üçün və yaratdığı gözəl şəraitə görə minnətdarıq".

“Trend” İnformasiya Agentliyi, 16 mart 2017-ci il