10 mart 2017
Rəqiblərin çoxluğu idmançıya layiqli çıxış etməyə əngəl olmamalıdır.
Bunu Trend-ə idman gimnastikası üzrə milli komandanın üzvü Murad Ağarzayev deyib.
O, bu il Bakıya çoxlu sayda titullu idmançının gələcəyini deyib: “Fikrimcə, əsas mübarizə Macarıstan və Xorvatiya idmançıları arasında gedəcək. Bundan başqa, Çin və Yaponiya nümayəndələrini də unutmaq lazım deyil. Amma mən onlar barədə düşünmürəm. Məqsədim səhvsiz çıxış etməkdir. Gimnastikada hər şey ola bilər, hətta olimpiya çempionu da yıxıla bilər”.
Onun sözlərinə görə, hazırda gimnastlar yarışlara hazırlığı davam etdirirlər: “Hesab edirəm ki, yarışlara hazıram, amma idmanda hər şey ola bilər. Mən fərdi çıxışda atda və parallel qollarda iştirak edəcəyəm. Hesab edirəm ki, bu alətlərdə özümü yaxşı tərəfdən göstərəcəyəm”.
“Trend” İnformasiya Agentliyi, 10 mart 2017-ci il