İdman

gimnastikadan

başlayır

İlk əhəmiyyətli yarışımın Bakıda keçirilməsinə çox şadam - Portuqliyalı gimnast

22 may 2021

İlk əhəmiyyətli yarışımın Bakıda keçirilməsinə çox şadam - Portuqliyalı gimnast

"Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları mənim ilk əhəmiyyətli turnirimdir və Bakıda keçirilməsinə çox şadam", bunu Portuqaliyalı gimnast Tyaqo Pineyro deyib.

T.Pineyro bildirib: "Seçmə mərhələdə yaxşı çıxış etdim. Əlbəttə, hələ çalışmalı, daha çox məşq etməl lazımdır ki, növbəti dəfə nəticə daha yaxşı olsun. Rəqiblərdən danışsaq, düşünürəm ki, Rusiyalı gimnastlar yaxşı hazırlıq göstərirlər".

İdmançı əlavə edib ki, Bakıdakı yarışlar yüksək səviyyədə təşkil edilib: "Təşkilat yaxşıdır, əla şərait yaradılıb, Bakıda Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının keçirilməsi üçün hər şey mükəmməl hazırlanıb".

"Trend" İnformasiya Agentliyi, 21 may, 2021-ci il