İdman

gimnastikadan

başlayır

Yunanıstan səfiri: "Azərbaycan idman yarışlarının təşkilində dünyanın ən yaxşılarındandır"

16 mart 2018

Yunanıstan səfiri: "Azərbaycan idman yarışlarının təşkilində dünyanın ən yaxşılarındandır"

Bu sözləri  Trend-ə açıqlamasında Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos deyib.

Səfirin sözlərinə görə, Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku çox peşəkar şəkildə təşkil edilib.

N.Kanellos bildirib: "Bu gün mən növbəti dəfə Azərbaycanda idman yarışını izlədim. İlk dəfə Qarabağ futbol klubunun matçına qatılmışdım, bu gün isə gimnastika üzrə yarışları izlədim, bunların arasında yunan gimnastları da var idi. Yarışların təşkilində peşəkarlıq və nizamlılıq gördüm. Yunanıstanın yarışları təşkil etməkdə böyük təcrübəsi var və bu əsasda deyə bilərəm ki, Azərbaycan idman yarışlarının təşkili baxımından dünyanın ən yaxşısıdır".