İdman

gimnastikadan

başlayır

Bakıda Milli Gimnastika Arenasının zalı inanılmaz dərəcədə gözəldir - Belarus idmançıları

20 may 2021

Bakıda Milli Gimnastika Arenasının zalı inanılmaz dərəcədə gözəldir - Belarus idmançıları

"Bakıda aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının təşkili çox gözəldir, burada inanılmaz dərəcədə gözəl yarış zalı var", bunu Belarus idmançıları Anastasiya Şulqina və Alisa Melnikova Milli Gimnastika Arenasında keçirilən podium məşqindən sonra deyiblər.

Belarusdan idmançılar yarışda fərdi proqramda 15-17 yaş kateqoriyasında çıxış edirlər.

Anastasiya Şulqinanın sözlərinə görə, Bakıda yarışların təşkili çox gözəldir, məşq üçün kifayət qədər vaxt var, bu da proqramı hazırlamağa imkan verir:

"Burada hər şey ən yüksək səviyyədədir, Gimnastika Arenasının zalı inanılmaz, həzz almalıdır. Təşkilatçılıqda hər şey ən incə detallara qədər düşünülüb".

İdmançıların sözlərinə görə, yarışın Bakıda keçiriləcəyini öyrənəndə böyük xoşbəxtlik yaşayıblar:

"Çıxışların keçirilməsi barədə məlumat alandan sonra anlayırsan ki, boş yerə məşqlərə vaxtı sərf etməmisən və son dərəcədə xöşbəxt olursan".

Yarışdakı rəqiblər haqqında danışan gimnastlar bütün iştirakçıların güclü olduqlarını deyiblər: "Hamı qələbə üçün gəldi və qoy ən güclüsü qələbə qazansın".

"Trend" İnformasiya Agentliyi, 20 may, 2021-ci il.