İdman

gimnastikadan

başlayır

Tamblinq üzrə Azərbaycan Birinciliyində qalib gəldiyim üçün sevinirəm - Gənc gimnast

03 fevral 2022

Tamblinq üzrə Azərbaycan Birinciliyində qalib gəldiyim üçün sevinirəm - Gənc gimnast

Tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyində qalib gəldiyim üçün sevinirəm.
Bunu Trend-ə yarışlarda "uşaqlar" yaş qrupunda çıxış edən və birincilik qazanan Sənan Rzazadə deyib.
"Gimnastika ilə artıq beş ilə yaxındır ki, məşğul oluram və bu idman növünü çox sevirəm. İdmanda böyük uğurlar qazanmaq, iri beynəlxalq yarışlarda iştirak etmək istəyirəm", - deyə gimnast bildirib.
Gimnast qeyd edib ki, Milli Gimnastikas Arenasında təşkil olunan yarışda ilk dəfədir iştirak edir.
"Burada dünyaca məşhur gimnastlar çıxış edib, iri beynəlxalq yarışlar keçirilib. Ona görə də bu zalda çıxış etməkdən və birinci olmaqdan çox məmnunam. Bu, mənim üçün böyük stimul olacaq", - gimnast deyib.
Trend, 29 noyabr 2021-ci il