İdman

gimnastikadan

başlayır

Milli Gimnastika Arenasında çıxış etmək şərəf və məsuliyyətdir - Litvalı gimnast

22 may 2021

Milli Gimnastika Arenasında çıxış etmək şərəf və məsuliyyətdir - Litvalı gimnast

"Bakı Milli Gimnastika Arenası çox böyük və gözəldir, burada çıxış etmək şərəf və məsuliyyətdir", bunu aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının iştirakçısı, litvalı gimnast Darius Yurgeleviçus deyib.

Gimnast öz çıxışından razı qaldığını bildirib: "Proqramımdan məşqçi ilə söhbət etdim və o, məni təriflədi. Bakıdakı turnir mənim ilk iri beynəlxalq yarışımdır. Yarışın təşkili yüksək səviyyədədir. Milli Gimnastikası böyük və gözəldir".

"Trend" İnformasiya Agentliyi, 21 may, 2021-ci il.