İdman

gimnastikadan

başlayır

Dünya Yaş Qrupları yarışlarından təəssüratlarım çox gözəldir - Ukraynalı gimnast

23 may 2021

Dünya Yaş Qrupları yarışlarından təəssüratlarım çox gözəldir - Ukraynalı gimnast

"Bakıda aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları yarışlarından təəssüratlarım çox gözəldir", bu barədə turnir iştirakçısı, Ukrayna idmançısı David Matvienko bildirib.

"Bakıda Milli Gimnastika Arenasının yarış zalı çox böyükdür, əsas çıxışdan əvvəl məşq və hazırlıq üçün də çox yer var. Yarışlardan əvvəl bizim ağır və səmərəli məşqlərimiz olub".

Ukraynalı idmançı qeyd edib ki, o, bütün idmançılar kimi, idmanda da yüksəkliklərə çatmağı arzulayır:

"Bütün hədəflərimə çatmaq üçün çox çalışacağam, çox məşq edəcəyəm".

"Trend" İnformasiya Agentliyi, 22 may, 2021-ci il