İdman

gimnastikadan

başlayır

İsrailli gimnast: Bakıda Avropa Çempionatının açılış mərasimi gözəl və baxımlı idi

17 may 2019

İsrailli gimnast: Bakıda Avropa Çempionatının açılış mərasimi gözəl və baxımlı idi

Bakıda keçirilən bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının açılış mərasimi çox xoşuma gəldi. Bunu Trend-ə İsrailli gimnast Mişel Mixailts deyib.

M.Mixailts bildirib: "Mən Bakıya üçüncü dəfədir gəlirəm, burada olmağı çox sevirəm. Bakıda həmişə təşkilat gözəl olur - böyük və rahat zal, çox sayda xalça var. Bizim üçün bütün şərait yaradılıb, hər şey çox rahatdır".

Gimnast qeyd edib ki, açılış mərasimi onun çox xoşuna gəlib: "Açılış mərasimi çox gözəl və baxımlı idi".

Öz komandasının çıxışını şərh edərkən gimnast bildirib ki, səhvlərə yol verilib: "Çıxış zamanı əşyanın itirilməsi baş verib. Əlbəttə, bu, yaxşı deyil. Şənbə günü biz 5 lentlə hərəkətlərdə çıxış edəcəyik, ümid edirəm ki, yaxşı nəticə göstərəcəyik".

Qeyd edək ki, ötən gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı start götürüb.