İdman

gimnastikadan

başlayır

Ukraynalı gimnast: Bakıda Milli Gimnastika Arenasında çıxış etmək rahatdır

17 may 2019

Ukraynalı gimnast: Bakıda Milli Gimnastika Arenasında çıxış etmək rahatdır

Bakıda Mili Gimnastika Arenasında çıxış etmək rahatdır.

Bunu Trend-ə bədii gimnastika üzrə AAvropa Çempionatında qrup hərəkətləri üzrə komandanın tərkibində çıxış edən ukraynalı gimnast Viktoriya Denisenko deyib.

V.Denisenko qeyd edib ki, Milli Gimnastika Arenasında çıxış etmək rahatdır: "Zal çox xoşuma gəldi - gözəldir və burada çıxış etmək rahatdır, hər şey yüksək səviyyədədir. Təəssüf ki, çıxışlara hazırlaşdığımıza görə Avropa Çempionatının açılış mərasiminə baxa bilmədik. Lakin biz məşqi qismən gördük, bu çox parlaq və qeyri-adi idi".

Gimnast bildirib ki, çıxışlarda üzərlərində işlənilməli səhvlər olub: "Məşqçi razı qaldı, biz maksimum yaxşı çıxış etməyə çalışırdıq. Biz əşyanı itirmədik, lakin üzərlərində işlənilməli səhvlər olub. Şənbə günü biz lentlərlə hərəkətlərdə çıxış edirik və qətiyyətlə buna köklənmişik".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı start götürüb.