İdman

gimnastikadan

başlayır

Azərbaycana gəlmək bizim üçün böyük xoşbəxtlikdir - Braziliyalı gimnastlar

29 may 2021

Azərbaycana gəlmək bizim üçün böyük xoşbəxtlikdir - Braziliyalı gimnastlar

"Azərbaycana gəlib aerobika gimnasikası üzrə dünya çempionatına iştirak etmək bizim üçün böyük xoşbəxtlikdir", bunu braziliyalı gimnastlar Lukas Barboza və Tamires Silva deyiblər.

L.Barboza bildirib ki, bu cür irimiqyaslı yarışda iştirak etmək gözəl hissdir: "Öz hisslərimizi aerobika gimnasikasının bütün pərəstişkarları ilə paylaşmağa çalışırıq".

T.Silva deyib ki, Bakıda bütün detallar qeydə alınıb: "İdmançılar üçün gözəl şərait yaradılıb, biz bir saniye belə diqqətsiz qalmırıq. Milli Gimnastika Arenasında çox komfortlu və rahatdır".

"Trend" İnformasiya Agentliyi, 28 may, 2021-ci il