24 iyul 2016
"Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalı çox yüksək səviyyədə təşkil edilib", iyulun 22-24-də Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalına tamaşa etmək üçün ailəsi ilə birgə İtaliyadan gəlmiş gimnastika azarkeşi Andrea Panini Trend-ə deyib.
O qeyd edib ki, yarışın keçirildiyi Milli Gimnastika Arenası çox möhtəşəmdir: "Həm tamaşaçılar, həm də idmançılar üçün çox rahat şərait yaradılıb, bir sözlə, hər şey çox yüksək səviyyədə təşkil olunub. Buna görə Azərbaycana təşəkkür edirik və Bakıya gəlməyimizdən çox şadıq".
A.Panini dünyanın hər bir ölkəsində beynəlxalq gimnastika yarışlarında azarkeş kimi iştirak etdiyini bildirib: "Dünyanın harasında gimnastika yarışı keçirilirsə, biz komandamızı dəstəkləmək üçün ora gedirik. Bakıya da artıq üçüncü dəfədir gəlirik. Bu il Azərbaycanda gimnasika üzrə 3 Dünya Kuboku turniri keçirilib və hər üçündə də gəlib komandamıza dəstək olmuşuq".
“Trend” İnformasiya Agentliyi, 24 iyul 2016-cı il