İdman

gimnastikadan

başlayır

Qazaxıstanlı məşqçi: Bakı yarışlara hazırlıq üçün ən yaxşı yerdir

15 dekabr 2017

Qazaxıstanlı məşqçi: Bakı yarışlara hazırlıq üçün ən yaxşı yerdir
Milli Gimnastika Arenasında fasiləsiz məşq prosesi üçün bütün şərait yaradılıb. Bu sözləri, bədii gimnastika üzrə Şərqi Qazaxıstan komandasının məşqçisi Anara Jantasova deyib.

Onun sözlərinə görə, komanda Bakıya Qazaxıstandakı yarışlara hazırlaşmaq məqsədilə gəlib:
“Bizim gəlişimizin əsas məqsədi respublika yarışlarına hazırlaşmaqdır. Biz həmçinin, Asiya Çempionatı səviyyəsində yarışlara çıxmaq istəyirik və qeyd etmək istəyirəm ki, Bakı bizə bu işdə çox kömək olunur”.

Təlim-məşq toplanışları üçün Bakının seçilməsindən danışan A. Jantasova qeyd edib ki, Bakıda gimnastikanın bütün növləri üzrə məşqlər üçün böyük, bəlkə də regionda ən yaxşı baza mövcuddur:
“Burada bizə kömək edən çox gülərüz kollektiv çalışır. Bundan başqa, sizdə mükəmməl mütəxəssislər işləyir, fikrimcə, Bakı məşqlər üçün ən yaxşı yerdir. Arenaya gəldikdə isə onu da qeyd edim ki, burada şərtlər çox yaxşıdır. Həmçinin, arenanın özündə qalmağa otaqlar da mövcuddur. Ümumilikdə hesab edirəm ki, burada fasiləsiz məşq prosesi üçün hər bir şərait yaradılıb”.