İdman

gimnastikadan

başlayır

Lyudmila Li: İdmanda heç kimi zəif hesab etmək olmaz

13 fevral 2016

Lyudmila Li: İdmanda heç kimi zəif hesab etmək olmaz

Lyudmila Li: İdmanda heç kimi zəif hesab etmək olmaz

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Özbəkistandan olan qadın idman gimnastikası üzrə məşqçi Lyudmila Li ilə müsahibə aparıb.

Lyudmila, bu Sizin bizim ölkəyə ilk səfərinizdir?

“Bəli, bu mənim gözəl Azərbaycan diyarına ilk səfərimdir. Ölkəniz haqqında yalnız xoş təəssüratlarım var. Paytaxtınız Bakıya heyran oldum. Doğrudur, şəhəri gəzmək üçün çox vaxtımız olmayıb, lakin hava limanından arenaya gələrkən yolda maraqlı quruluşlu binalar gördüm. Həmçinin, beynəlxalq standartlara cavab verən Olimpiya səviyyəli bazanız heyrətləndirir.” 

Məşqləriniz necə keçir?

“Biz gərgin rejimdə məşq edirik, çünki bu Dünya Kubokundan yüksək nəticələr gözləyirik. Çox ümid edirik ki, qarşıya qoyulmuş məqsədlərə nail olacağıq”.

Arenada yaradılmış şərait Sizi qane edirmi?

“Burada çox yaxşı şərait var və bizi tamamilə qane edir. Şikayətlənmək üçün səbəbimiz yoxdur (gülümsəyir).”  

Lyudmila, bizə özünüzlə gətirdiyiniz gimnast haqqında danışa bilərsinizmi?

“Buraya gimnast Dilnoza Abdusalimova ilə gəlmişəm. Onun 21 yaşı var. Dilnoza Antverpen (2013), Nanninq (2014) və Qlazqoda (2015) keçirilən Dünya Çempionatları kimi bir çox mühüm yarışlarda, eləcə də 2014-cü ildə Asiya Oyunlarında iştirak edib. Onun son nailiyyətlərindən biri ötən il keçirilən Ümumdünya Universiada və Asiya Oyunlarında 4-cü yerə layiq görülməsidir.  Təəssüflər olsun ki, biz ilk üçlüyə düşə bilmədik. Bu, bizi çox məyus etdi. Odur ki, daha çox çalışmalıyıq. Bilirsiniz ki, bizim regionda – Asiyada çox güclü gimnastlar var və təbii kimi rəqabət də yüksəkdir. Çoxnövçülükdə isə, o, iki Çin və iki Yaponiya idmançılarından sonra beşinci yerdə qərarlaşdı”.

Bakıda keçirilən Kubokdan hansı nəticələri gözləyirsiniz?

“Hazırda məşq prosesimiz bir qədər fərqlidir. Dilnozanın bu dəfə başqa hədəfi var. O, Oksana Çusovitinadan sonra ölkənin ikinci gimnastı olduğuna görə, çoxnövçülük proqramı üzrə hazırlaşmalıdır. Bizim üçün indi ən əsası çətinlik dəyərindən daha çox sabitlik önəmlidir. “Challenge” seriyasına aid Dünya Kubokunun qarşıya qoyduğu vəzifələrlə üst-üstə düşməsə də, ümid edirəm ki, mübarizə apararaq finala vəsiqə qazanacağıq”.

Qarşıdakı yarışlarda Siz özünüzə əsas rəqib kimi görürsünüz?

Bilirsinizmi, idmanda heç kimi zəif hesab etmək olmaz. Mən hər zaman hamını öz rəqibim olaraq görürəm.

Son olaraq gələcək planlarınız haqda eşitmək istərdik.

Yaxın gələcək üçün bizim ən başlıca məqsədimiz Rio-de-Janeyroda baş tutacaq Olimpiya Oyunlarıdır. İstərdim ki, yalnız öz gimnastlarımıza deyil, həmçinin bütün idmançılara bu ilin əsas yarışlarına hazırlıq prosesi və çıxışlarında uğurlar arzulayım.