İdman

gimnastikadan

başlayır

Mariana VASILEVA: “İDMANÇILARIMIZIN BÖYÜK POTENSİALLARI VAR”

14 iyun 2014

Mariana VASILEVA: “İDMANÇILARIMIZIN BÖYÜK POTENSİALLARI VAR”

“Biz əminik ki, bizim idmançıların böyük potensialları var, onlar öz azarkeşlərini nəinki Avropa Çempionatında, hətta Dünya Çempionatı və Olimpiya Oyunlarında da sevindirəcəklər”.


“AzərTAC”ın verdiyi məlumata görə, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının baş məqşçisi Mariana Vasileva bildirib.


Baş məşqçinin sözlərinə görə, ötən 5 il ərzində gimnastlarımız Azərbaycana Avropa Çempionatlarından medallarla qayıdır və hər zaman mükafatçılar sırasında olurlar.


“Mən ümid edirəm ki, Azərbaycan gimnastları bizi Bakıda da sevindirəcək. Doğma divarlar arasında çıxış etmək olduqca çətindir və idmançılarımız onlara düşən məsuliyyəti hiss edir və ən yaxşı şəkildə çıxış etməyə çalışırlar.Komandamız Aliyə Qarayevadan sonrakı keçid mərhələsini artıq yekunlaşdırıb. Buna görə də, biz turnirə gənc tərkiblə qatılmışıq. Misal üçün qeyd edim ki, senior gimnastlar bu proqramla ilk dəfə çıxış edirlər”, - deyə, o, bildirib.


Qeyd edək ki, bədii gimnastika üzrə 30-cu, yubiley Avropa Çempionatı 13-15 iyun tarixlərində Bakıda Milli Gimnastika Arenasında keçirilir. 9 dəst medal uğrunda 33 ölkənin 258 gimnastı mübarizə apararırlar.