MARİANA VASİLEVA: "ŞADAM Kİ, QIZIM YENİYETMƏLƏRİN TƏRKİBİNƏ UĞURLA DAXİL OLUB"
03 may 2011
Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi yetirmələrinin bu yaxınlardakı startları, eləcə də öz qızı Siyananın vətəndaşlığını dəyişməsi barədə təəssüratlarını bölüşür.
Bədii gimnastika üzrə Azərbaycanın qrup komandaları, həm yeniyetmələrdən, həm də böyüklərdən ibarət gedir, son vaxtlar ərzində xeyli irəliləyişə nail olublar. Buna həm yerli, həm də xarici mütəxəssislərin çoxları əmindir. Onların arasında bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva da var. Bunu Azərbaycanın yeniyetmələrdən və böyüklərdən ibarət qrup komandalarının bu yaxınlarda bədii gimnastika üzrə Moskva Qran-prisində qazandıqları gümüş medallar da sübut edir.
Artıq ikinci beynəlxalq startda da Azərbaycanın yeniyetmələrdən ibarət qrup komandasının tərkibində Lalə Yusifova, Ayşə Mustafayeva, Mənsurə Bağıyeva, Aynur Cabbarlı və Yekaterina Prokopenko ilə yanaşı, milli komandanın baş məşqçisi Mariana Vasilevanın qızı Siyana Vasileva çıxış edir. O, bu yaxınlarda Azərbaycan vətəndaşlığını qəbul edib. Qeyd edək ki, Siyana Vasileva Azərbaycan vətəndaşlığını qəbul edən ən gənc idmançı olub. Bolqar mütəxəssisin etirafına görə, onun yetirməsi kollektivə kifayət qədər uğurla daxil olub. Mariana Vasileva Azərbaycan gimnastlarının Moskva Qran-prisindəki çıxışları haqqında təəssüratlarını bölüşür, qızının Azərbaycan yığmasında perspektivləri barədə fikir yürüdür və planlar haqqında danışır.
- Düzünü desəm, mən Azərbaycanın yeniyetmələrdən ibarət qrup komandasının çıxışından çox razıyam. Belə ki, onlar artıq ikinci beynəlxalq startdır ki uğurla çıxış edirlər. Xüsusilə, Moskva Qran-prisində onlar həm birinci, həm də ikinci gün sabit çıxış etdilər. Bu, finala da aiddir. Onlar finalda ciddi səhvə yol vermədən çıxış etdilər. Nəticədə qızlar hakimlərdən 24.5 bal aldılar. Bu, hazırda çox yaxşı göstəricidir. Avropa çempionatınadək hələ ki vaxtımız var. Bu müddət ərzində çox ciddi işləməliyik və ümid edirəm ki, qitə birinciliyində mükafatçılar sırasına düşə biləcəyik. Böyüklərdən ibarət qrup komandasına gəldikdə, 5 topla olan hərəkətlər əksər mütəxəssislərin xoşuna gəlib. Bir ciddi səhv etdiklərinə baxmayaraq, onlar ikinci yeri tuta biliblər. Halqa və lentlə olan çıxışların üzərində də bir qədər işləmək lazımdır. Bu, bəzi mütəxəssislərin xoşuna gəlməyib. Buna görə də proqramın yaxşılaşması üçün nə etmək lazım olduğu barədə fikirləşəcəyik. Əlbəttə ki, hamının, o cümlədən hakimlərin xoşuna gələcəyinə əmin olduğum mahnını tapa bilsəm, çox güman ki, biz musiqini dəyişəcəyik.
- Artıq ikinci startdır ki, yeniyetmələrdən ibarət qrup komandasının sabit olaraq ikinci yeri tutması faktı komandanın tezliklə birinci yer uğrunda mübarizə apara biləcəyini fikirləşməyə əsas verir...
- Bilirsiniz, komandanın hansı yeri tutacağını demək bir qədər çətindir. Azərbaycanın idmanın bu növündə ciddi ənənəsi olmayıb, halbuki fərdi növlər artıq səkkiz ildir ki inkişaf edir. Son 2-3 ildə qrup komandalarında biz ardıcıllıq və sabit artım nümayiş etdirməyə çalışırıq. Lakin bununla belə qızları hansısa yer uğrunda mübarizə aparmağa sövq etmək istəməzdim. Əsas odur ki, onlar yaxşı çıxış etsinlər və öz pərəstişkarlarını sevindirsinlər. Çox razıyam ki, Moskva turnirindən sonra demək olar ki, bütün mütəxəssislər, o cümlədən hakim və məşqçilər yaxınlaşdılar və yeniyetmələrimizi təriflədilər. Musiqi, kostyum onların xoşuna gəlib və hətta saç düzümü musiqiyə uyğun olub. Yəni biz artıq tanınmışıq. Gələcəkdə biz sübut etməliyik ki, mükafatçılar sırasında olmağa layiqik.
- Yeri gəlmişkən, yeniyetmələrdən ibarət qrup komandasının tərkibində qızınız Siyana Vasileva çıxış edir...
- Bəli, elədir. O, bu yaxınlarda Azərbaycan vətəndaşı olub və mən onun çıxışından çox razıyam. O, komandanı nə birinci, nə də ikinci beynəlxalq turnirdə məyus etmədi. Bu sübut edir ki, mən onu komandaya cəlb etməklə düzgün seçim etmişəm. Demək olar ki, o, artıq kollektivə tam daxil olub və onun tamhüquqlu üzvü olub. Bu isə məni çox sevindirir. Digər