İdman

gimnastikadan

başlayır

Mariana Vasileva: Azərbaycanda gimnastika üzrə turnirlərin təşkilatçılığı ən yüksək səviyyədədir

28 aprel 2018

Mariana Vasileva: Azərbaycanda gimnastika üzrə turnirlərin təşkilatçılığı ən yüksək səviyyədədir

Mən qızların çıxışlarından razıyam. Zöhrə Ağamirova və Veronika Hudis – hər ikisi gəncdirlər, idman karyeralarına yeni başlayıblar. Ümid edirəm ki, bu ağıllı qızlar öz çıxışlarını uğurla davam etdirəcəklər.

Bu barədə AZƏRTAC-a Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının baş məşqçisi Mariana Vasileva Bakıda keçirilən dünya kubokunun beynəlxalq turnirinin yekunları barədə müsahibəsində deyib.

Azərbaycan Gimnastika Federasiyasına və azarkeşlərə dəstəyə görə minnətdarlığını bildirən Mariana Vasileva gimnast qızların və onların məşqçilərinin Milli Gimnastika Arenasında təşkilatçılıq səviyyəsindən çox razı qaldıqlarını vurğulayıb.

“Biz praktik olaraq, hər həftə yeni turnirdə iştirak edirik. Mən istəmirəm ki, bu, lovğalıq kimi səslənsin, lakin Azərbaycanda gimnastika üzrə turnirlərin təşkilatçılığı doğrudan da ən yüksək səviyyədədir. Biz əcnəbi dostlarımıza öz qonaqpərvərliyimizi və hörmətimizi nümayiş etdirməyə çalışırıq. Bizdə ab-hava gözəldir, azarkeşlər güclü dəstək göstərirlər. Bir də bu il yenilik etmişik – bu indiki turnirimizin Qur-Qur adlı maskotudur. Qur-Qur gözəl təəssürat, şən əhval-ruhiyyə yaradır, hamı sevinir və tamaşaçı da onu səmimi salamlayır”, - deyə Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının baş məşqçisi sonda əlavə edib.