İdman

gimnastikadan

başlayır

Marina Nekrasova: Finalda medallar uğrunda mübarizə aparacağıq

17 mart 2017

Marina Nekrasova: Finalda medallar uğrunda mübarizə aparacağıq

Dünya Kubokunun fianlında medallar uğrunda mübarizə aparacağıq. Bunu Trend-ə Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında tir üzərində hərəkətlərdə finala çıxan Azərbaycan gimnastı Marina Nekrasova deyib.

M.Nekrasova bildirib: "Əhval-ruhiyyə yüksəkdir, çıxışımdan isə çox da razı deyiləm. Çətin oldu, çünki məndən öncə çixiş edəcək qız imtina etdi və hər şey qarışdı. Nəzərdə tutduğumdan erkən çıxış etməli oldum, ona görə hazırlaşa bilmədim. Tir elə bir idman qurğusudur ki, burada psixoloji cəhətdən hazır olmaq vacibdir. Bir elementi yerinə yetirmək alınmadı".

Azərbaycan gimnastı əlavə edib ki, bu qurğuda hərəkətdə rəqiblər xüsusən güclüdürlər: "Bununla belə mübarizə apacağıq. Qarşıda hələ sərbəst hərəkətlər var, orada da nəticələr əldə etməyə çalışacağam".

“Trend” İnformasiya Agentliyi, 17 mart 2017-ci il