14 iyun 2014
Rumıniyanın yığma komandasının məşqçisi Mariya Qirba 13-15 iyun tarixlərində Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Çempionatı haqda öz təəssüratlarını “Vestnik Qafqaza” saytının müxbiri ilə bölüşüb.
Qirba, 30-cu Avropa Çempionatında təşkilatçıların işlərini yüksək qiymətləndirdi. “Bizim hər şey xoşumuza gəlir, məşq üçün şərait, arena və bir sözlə hər şey çox gözəldir”, - deyə, o, bildirib.
Rumıniya məşqçisinin sözlərinə görə, bu il çempionatın açılış mərasimi, hətda 2009-cu ildə olan Avropa Çempionatındakı analoji şoudan daha yaxşı idi. “Mən 2009-cu ildə Bakıda olmuşdum və o zaman açılış mərasimi mənim çox xoşuma gəlmişdi, lakin bu il olan şou daha maraqlı idi”, - deyə, o, bildirib.
O, Azərbaycana, Bakıya olan səmimi xoş hisslərini etiraf etdi. “Həm şəhər, həm ölkə çox gözəldi, bura mənim çox xoşuma gəlir. Öz gimnastlarıma demişəm: Buranın insanları, adət-ənənləri, o cümlədən şəhər özü çox maraqlıdır”, - deyə,o, qeyd edib.