İdman

gimnastikadan

başlayır

Məşhur gimnastların çıxışları bizləri yeni nailiyyətlərə ruhlandırır - Bakı çempi̇onatının iştirakçısı

14 mart 2023

Məşhur gimnastların çıxışları bizləri yeni nailiyyətlərə ruhlandırır - Bakı çempi̇onatının iştirakçısı

Bakı. Trend:

Hər bir yarışla əminlik və təcrübə artır.

Bu barədə Trend-ə qadın i̇dman gi̇mnasti̇kası üzrə 7-ci̇ Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatının iştirakçısı, "Ocaq Sport" klubunun yetirməsi Nuryana Əliyeva deyib.

"Birincliyə hazırlıq məhsuldar keçib. Artıq özümü daha əmin hiss edirəm, əvvəlki yarışlarda güclü həyəcan keçirirdim. Hər bir turnirlə əminlik və təcrübə artır, mən öz emosiyalarımı cilovlamağı öyrənmişəm. Bugünkü çıxışdan sonra məşqçi məni təriflədi, sabah daha iki alətlə proqramda çıxış etməliyəm və bu cür yaxşı çıxış edə bilsəm, mükafat qazanacağıma ümid edə bilərəm", - o deyib.

11 yaşlı idmançı 9-12 mart tarixlərində Bakı şəhərində Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə FIG Dünya Kuboku yarışlarını izlədiyini əlavə edib. Onun sözlərinə görə, məşhur gimnastların çıxışları onu yeni idman nailiyyətlərinə ruhlandırıb.