İdman

gimnastikadan

başlayır

Məşqçi: "İdmançılar üçün Bakıda yaradılan şərait Yeni Zelandiyada yoxdur"

18 dekabr 2017

Məşqçi: "İdmançılar üçün Bakıda yaradılan şərait Yeni Zelandiyada yoxdur"

"İdmançılar üçün Bakıda, Milli Gimnastika Arenasında yaradılan şərait Yeni Zelandiyada yoxdur", bunu jurnalistlərə bədii gimnastika üzrə Yeni Zelandiya qrup komandasının məşqçisi Erika Forbi deyib.
 

Onun sözlərinə görə, komanda Bakıya gələcək yarışlara hazırlaşmaq məqsədilə gəlib: "Bildiyiniz kimi, biz regionda Avstraliya millisi ilə rəqabət aparırıq. Amma orada bədii gimnastikaya daha çox diqqət ayrıldığı üçün onların səviyyəsi daha yüksəkdir".

Məşqçi qeyd edib ki, Bakıda gimnastlar üçün gözəl şərait yaradılıb: "Biz Bakını ona görə seçmişik ki, bəzi idmançılarımız artıq burada olub və onların Milli Gimnastika Arenası haqqında fikirləri çox yüksəkdir. Bədii gimnastika Yeni Zelandiyada ən populyar idman növü deyil, bizdə Bakıda olan şərait yoxdur. Bəzən xalçalar çatmadığı üçün biz hətta yerdə məşq edirik. Bakıda isə gimnastlar üçün məşqə lazım olan hər bir şərait yaradılıb".