İdman

gimnastikadan

başlayır

Milli Gimnastika Arenasında məşq etməyi çox sevirəm - Kosta-Rikalı gimnast

02 oktyabr 2021

Milli Gimnastika Arenasında məşq etməyi çox sevirəm - Kosta-Rikalı gimnast

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti təlim-məşq məqsədilə ölkəmizə səfər etmiş Kosta-Rikadan olan bədii gimnast Emma Munoz Benavides ilə müsahibəni təqdim edir:

Salam. Mənim adım Emmadır, kosta-rikalı bədii gimnastam.

1. Bu sizin Bakıya ilk səfərinizdir?

E. M: Bəli, bu mənim Bakıya ilk səfərimdir.

2. Şəhəri gəzmisinizmi?

E. M: Bəli, bir neçə gün öncə biz şəhər turuna çıxmışdıq. Şəhər çox gözəldir. Həm şəhəri, həm insanlarını, ümumiyyətlə hər şeyi çox sevdim.

3. Milli Gimnastika Arenasında yaradılmış şəraitdən razısınızmı?

E. M: Milli Gimnastika Arenasında məşq etməyi çox sevirəm. Bura çox gözəldir, burada yaradılmış şərait sadəcə inanılmazdır.

4. Qarşıda hansı yarışlarda iştirak edəcəksiniz?

E. M: Mən növbəti il təşkil olunacaq Mərkəzi Amerika Oyunlarında iştirak edəcəyəm.