İdman

gimnastikadan

başlayır

Aerobika üzrə qarışıq cütlük: Hazırda yalnız bir məqsədimiz var - Avropa Oyunları

02 fevral 2015

Aerobika üzrə qarışıq cütlük: Hazırda yalnız bir məqsədimiz var - Avropa Oyunları


Bakıda keçiriləcək ilk Avropa Oyunları, özündə bir neçə  qeyri-olimpiya idman növünü – eləcə də aerobika gimnastikasını birləşdirməklə yadda qalacaq.

Bu idman növünün yarış proqramında gimnastlar dinamik musiqi sədaları altında çətin əlaqələndirilən, mütəmadi birgə asiklik hərəkətləri, həmçinin müxtəlif çətin elementləri sərbəst hərəkətlər ilə nümayiş etdirirlər.

Avropa Oyunlarının formatına əsasən hər ölkəni 5 nəfərdən ibarət qrup və qarışıq cütlük təmsil edəcək. Qrupda və ya cütlükdə çıxış etməyin çətinliyini hər kəs təsəvvür edə bilməz – məhz belə halda onlar bir-birlərini hiss etməli və fikirlərini oxumalıdır.

Azərbaycan Gimnastika Federasiyası bu oyunlarda ölkəmizi qarışıq cütlüyün tərkibində təmsil edəcək Anastasiya Koltunova və Vladimir Dolmatovla həmsöhbət oldu. Biz onlardan xüsusi olaraq ayrı-ayrılıqda müsahibə götürdük və nəticədə onların çox fikirlərinin üst-üstə düşdüyünün şahidi olduq.


Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
Anastasiya: Bu idman növü üçün çox gec olsa da, mən gimnastikaya on yaşımda gəlmişəm. "Öz həyatımı idmanla bağlamaq" mənim şüurlu seçimim idi. Aerobika öz rəngarəngliyi ilə məni cəlb etdi, burada idman gimnastikası və bədii gimnastika, eləcə də akrobatika elementləri var. Bundan başqa, bütün proqram musiqi sədaları altında yüksək dinamika ilə yerinə yetirilir.
Vladimir: Bu təsadüfən oldu. 2004-cü ilin 15 dekabr tarixində bacım aerobika ilə məşğul olan zaman, mənə evdə oturmaq çox darıxırdırıcı gəldi. Ona görə də mən onunla birlikdə getmək qərarına gəldim və peşman olmadım.

 

Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?
A: Əgər istək varsa, istənilən idman növündə yüksək nəticələr əldə etmək olar.
V: Dəqiq deyə bilmərəm, ancaq düşünürəm ki, başqa idman növündə yüksək səviyyəli idmançı ola bilərdim. Bu akrobatika və ya idman gimnastikası ola bilərdi, amma mən öz seçimimi etdim - mən aerobikanı sevirəm!

 

Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
А: Yarış günü musiqi emosiyaların öhdəsindən gəlməyə kömək edir.
V: Mən sadəcə təsəvvür edirəm ki, hazırda mən məşqdəyəm, məşqçi və məndən başqa zalda heç kim yoxdur.

 

Fikrincə hər hansı idman növündə vacib olan nədir?
А: İdmanda əsas istəkdir, qarşıya məqsəd qoymaq və heç nəyə baxmayaraq ona doğru getmək lazımdır.
V: Qarşıya məqsəd qoymaq və bu məqsədə nail olmağa çox böyük istəyin olması! Onda hər şey alınacaq.

 

Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
А: Hər hansı idman növündə zədəsiz ötüşmək mümkün deyil. Zədələrdən qaçmaq üçün idmançı özü öz səhhətinə nəzarət etməlidir.
V: Hər idman növünün özünəməxsus təhlükəsi var. Amma işə ağılla yanaşsaq, onda zədələrsiz ötüşmək olar.

 

İdmanda kumirin varmı?
А: “Səmadan yüksək, yerdən alçaq olan heç bir təsviri özünə kumir etmə ”.
V: Mən özümü heç kimə bənzətmirəm və digər idmançıların zirvələrinə çatmağa cəhd etmirəm. Mənim öz yolum var.

 

Yaxın gələcək üçün idman planlarından danış bir az.
А: Hazırda Avropa Oyunlarına səylə hazırlaşıram.
V: Planlarımda Avropa Oyunlarında layiqincə çıxış etməkdir.

 

Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
А: Mənim üçün Avropa Oyunları ən əhəmiyyətli yarışdır, belə iri miqyaslı yarışlarda iştirak etmək mənim üçün şərəfdir.
V: Oyunlar mənim üçün özümü göstərmək şansıdır. Səbrimi toplayıb, dişlərimi sıxaraq heç nəyə baxmadan hər şeyin 100 faiz olacağına ümid edirəm.

 

İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?
А: Arzularım əsasən idmanla bağlıdır; aerobikada yüksək nəticələr əldə etmək arzusundayam.
V: Hazırda yalnız bir məqsədim var - Avropa Oyunları.

 

İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
А: Mənim üçün bütün həyatım idmandır.
V: Xeyr. Mən özümü hansısa bir işə tamamilə həsr edə bilərəm. Birləşdirmək olmur.

 

Öz ailən haqda danış bir az.
А: Mənim ailəmdə idmançı olmayıb, amma ailəm idmanda qazandığım uğurlarımla fəxr edir və seçimimdə məni dəstəkləyirlər.
V: Mənim ailəm idmançı ailəsidir. Anam və bacım fitnes üzrə təlimatçı, atam isə idman zalında təlimatçıdır. Yalnız qardaşım idmanı deyil, texnologiya sahəsini seçib. O, komputer proqramları üzrə mütəxəssisdir, amma mən əminəm ki, o yaxşı idmançı ola bilərdi.

 

Sevdiyin şəxs varmı?
A: Sevdiyim şəxs var və o, idmanda olan çətinliklərin öhdəsindən gəlməyə mənə kömək edir, mənəvi cəhətdən dəstəkləyir və daimi ayırılmalara anlayışla yanaşır.
V: Bəli, var.

 

Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?
А: Yarışda azarkeşlərin nə qışqırdığı vacib deyil, hər hansı dəstək güc toplamağa və layiqli çıxış etməyə kömək edir.
V: Bizim üçün hər dəstək vacibdir.

 

Onlara nə demək istərdin?
А: Azarkeşlərimə öz təşəkkürümü bildirmək istərdim. Onların dəstəyi mənim üçün vacibdir.
V: Təşəkkür edirəm onlara.