İdman

gimnastikadan

başlayır

Bolqarıstanın müvəqqəti işlər vəkili: Bakıdakı gimnastika arenası unikaldır

28 aprel 2018

Bolqarıstanın müvəqqəti işlər vəkili: Bakıdakı gimnastika arenası unikaldır

Bakıdakı Milli Gimnastika Arenası olduğum ən yaxşı idman arenalarından biridir.

Bunu Trend-ə Bolqarıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Yanko Yanakiyev deyib.

Diplomat bildirib: "Sizin arenanız bizə doğma evimiz kimidir. Bu, olduğum ən yaxşı idman arenalarından biridir. Mən Avropanın bir çox yerində olmuşam, lakin Bakıdakı bu idman qurğusu unikaldır. Bədii gimnastika üzrə Dünya Kubokunun təşkilatçılığı sadəcə möhtəşəmdir. Digər yarışları da sizin federasiya ən yüksək səviyyədə təşkil edir".

Y.Yanakiyev eyni zamanda Dünya Kubokunun açılış mərasimini və Bolqarıstan komandasının çıxışlarını da yüksək qiymətləndirib.