İdman

gimnastikadan

başlayır

Olimpiya çempionu: Dünya Kuboku möhtəşəm təşkil olunub

15 mart 2017

Olimpiya çempionu: Dünya Kuboku möhtəşəm təşkil olunub

Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kuboku möhtəşəm təşkil olunub.

Bunu Trend-ə macarıstanlı gimnast, Olimpiya çempionu Kristian Berki deyib.

Gimnast idman zalının yarışlar üçün çox gözəl olduğunu deyib: “Bir qədər işıqlandırmaya öyrəşmək çətindir, amma bu tamaşaçılar üçün yaxşı olacaq. Nəticələr barədə əvvəlcədən danışmaq istəmirəm. Təsnifatda və finalda öz tapşırıqlarımı yaxşı yerinə yetirməyə çalışacağam. Medal qazanmaq üçün əlimdən gələni edəcəyəm”.

Onun sözlərinə görə, bu yarış bu il onun üçün ikincidir: “Növbəti vacib yarış Avropa çempionatıdır. İlin ikinci yarısında isə dünya çempionatı keçiriləcək. Ondan sonra Tokioya hazırlaşmaq barədə düşünəcəyəm”.

“Trend” İnformasiya Agentliyi, 15 mart 2017-ci il