İdman

gimnastikadan

başlayır

Olqa Lebedyanskaya: Mariana Vasilevanın işə yanaşma tərzi məni heyran etdi

06 avqust 2014

Olqa Lebedyanskaya: Mariana Vasilevanın işə yanaşma tərzi məni heyran etdi

Bu günlərdə Meksikanın bədii gimnastika üzrə yığma komandası, Bakıda - Milli Gimnastika Arenasında təlim-məşq toplanışlarına qatılıblar. Latın amrekilalıları qarşıda – İzmirdə keçiriləcək Dünya Çempionatı daxil olmaqla, Panamerikan Oyunları və Nantszin şəhərində keçiriləcək Gənclər arası Oyunlar  gözləyir. Meksika yığma komandasının məşqçisi Olqa Lebedyanskaya paytaxtımız haqda təəssüratlarını öz müsahibəsində azersport.com saytı ilə bölüşüb.

Bildiyimiz qədər, bu sizin Azərbaycana ilk səfərinizdir, ümumi təəssüratlarınız necədir?
Azərbaycan gimnastlarının məşq şəraitləri haqda xoş sözlər eşitmişdim, ona görə də gəlib hər şeyi öz gözlərimlə görmək istədim. Bəzi şeylər məni heyrətləndirdi – 11 xalça üzərində məşq edərək gimnastlar, nəinki proqramı yerinə yetirir, həmçinin onlar yeni elementləri də mənimsəyirlər. Bundan başqa, Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilevanın, gimnastlarda həyəcanı dəf edib, onlara daha çox əminlik verərək öz işinə yanaşma üsulu da məni heyrətləndirdi.

Bu nədən ibarətdir?
Azərbaycan komandasının çox sayda proqon etməsi məni heyran etdi. Gimnastlar da bunu məmnuniyyətlə yerinə yetirirlər, çünki, Vasilevanın üsulu onlara bu yükü düzgün paylamağa imkan verir. Bu proqonlar gimnastlara yarışlardakı şəraiti daha yaxından hiss etdirir və psixoloji olaraq yarış üçün hazırlayır. Təbii ki, bütün bunlar gimnastlara yarışlarda daha əminliklə çıxış etməyə kömək olur. Bu üsul mənim çox xoşuma gəldi.


Daha nələrə diqqət yetirdiniz?
Ümumən məşqçi heyyətinin işinə diqqət yetirdim. Belə ki, hər bir 11 xalçada köməkçi-məşqçilər oturur və onlar Vasilevanın rəhbərliyi altında gimnastın proqramına düzəliş edirlər. Bütün köməkçi-məşqçilərin gündəlik üzərində işləyəcəkləri tapşırıqları var və onlar bunu xüsusi dəftərlərində qeyd edirlər. Bütün bunlar nizam-intizamı artırır.


Qarşıda Meksika yığması üçün Nantszin şəhərində keçiriləcək Gənclər arası Oyunlar  olacaq. Çində hansı nəticələri gözləyirsiniz?
Bu asan sual deyil. Ona görə ki, Meksika yığmasının səviyyəsi belə pis deyil, lakin onların ümumi yarış təcrübələri yoxdur. Misal üçün, Oyunlara hazırlaşan Edna Garsiya Amor Avropa turnirlərində çoz az sayda iştirak edib. Belə ki, onun səviyyəsi heç də pis deyil, Panamerikan Oyunlarında isə o, 3-cü yerdə qərarlaşmışdı. Nantszində bütün finallara yüksəlməyi çox istəyirik, bizi nə gözlədiyini zaman göstərəcək.


Aydındır ki, Avropada bədii gimnastika yüksək səviyyədə inkişaf edib. Fikirinizcə, digər qitələr “Köhnə Dünya” səviyyəsinə çatmalı, yoxsa öz yolları ilə getməlidirlər?
Burada müəyyən nüanslar var. Misal üçün, Meksikanın yetəri qədər fərqli və güclü olan gimnastı Sintiya Valdesdən bir çox Avropalı gimnastlar nümunə götürə bilər. Bununla yanaşı, güclülərin müəyyən olunmuş reytinqi var, hansı ki, hakimlər diqqət yetirir. Buna görə də, rəqabət aparmaq çətindi, lakin biz çalışırıq.