12 may 2021
"Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun tamaşaçılarsız keçirilməsinə baxmayaraq, yarışdan təəssüratlar çox yaxşıdır", bunu Macarıstan gimnastı Hanna Panna Vaysner deyib.
O bildirib ki, yarışların keçirilməsindən çox məmnundur: "Dünya Kubokunun Təşkilat komitəsi öz işini qüsursuz yerinə yetirir. Hamı çox mehribandır, bir köməyə ehtiyac yaranarsa, məmnunluqla yardım edirlər".
Öz çıxışı barədə danışan gimnast vurğulayıb ki, bəzi səhvlərə yol verib: "Çıxış pis keçmədi, amma proqramımda bəzi qüsurlar oldu. Xalçaya çıxarkən diqqətimi toplamağa çalışıram, əlimdən gələn hər şeyi etməyə çalışıram".
"Trend" İnformasiya Agentliyi, 7 may, 2021-ci il