09 fevral 2015
Dünyanın 6000 ən güclü idmançılarını özündə cəmləşdirəcək Avropa Oyunlarının rəsmi açılışına 122 gün qaldı. Bu irimiqyaslı idman tədbirində kişi və qadın idman gimnastikasının da yer alacağı 20 idman növü üzrə yarışlar keçiriləcək.
Yarışların formatına əsasən ölkəni kişi idman gimnastikası üzrə 3 idmançı təmsil edə bilər. Bir neçə həftə öncə bu yarışların mümkün iştirakçılarından biri Oleq Stepko ilə həmsöhbət olduq.
Bu dəfə isə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Avropa Oyunlarında iştirakı nəzərdə tutulmuş ikinci kişi idman gimnastı Petr Paxnyukdan müsahibə götürdü.
Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
Belə alındı ki, atam məni gimnastikaya, anam isə musiqi məktəbinə yazdırdı. Mən gimnastikanı seçdim, çünki bir yerdə oturmaq xoşuma gəlmirdi.
Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?
Boş vaxtlarımda mən digər idman növləri ilə də məşğul olmuşam. Buna görə də düşünürəm ki, məndə alınardı.
Fikrincə hər hansı idman növündə vacib olan nədir?
Ən vacibini seçmək çətindir. Bütün professional idman növlərində kompleks keyfiyyətlər tələb olunur – bunlar dözümlülük, fiziki güc, səbr, xarakter, zəhmətsevərlilikdir. Bu siyahını artırmaq da olar, lakin öz peşənə istək və sevgin olduğu zaman bunlar xoş məqamlardır.
Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
Hazır olduğum zaman, mən həmişə sakit çıxış edirəm. Yaxşı hazırlıq isə bu işin əsəs və başlıca sirridir.
Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
Əlbətdə, bu idman növündən asılıdır. İdman gimnastikası daha travmatikdir, buna görə də hər məşq konsentrasiya tələb edir.
İdmanda kumirin varmı?
Xeyr.
Yaxın gələcək üçün idman planlarından danış bir az.
Səbirsizliklə gözləyirəm yarışları. Yaxşı çıxış etmək istəyirəm.
Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
Mənim üçün Avropa Oyunları ciddi yarışdır, buna görə də özümə və gücümə heyfslənmədən hazırlaşıram. Yüksək nəticə göstərmək istəyirəm.
İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?
Müəyyən məqsədlər, istəklər əlbətdə var, axı idmandan sonrakı həyat da az maraqlı olmalı deyil!
İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
Uzun müddətdir ki, mən idmandayam və bu artıq mənim üçün adidir.
Öz ailən haqda danış bir az.
Mənim dostcanlı, kiçik ailəm var, atam, anam və bacım. Atam hərbçi, anam isə evdar xanımdır. Bacım isə prokuraturada işləyir, o ağıllı və məndən fərqli olaraq, daha əzmlidir (gülür).
Sevdiyin şəxs varmı?
Bu çox şəxsi sual oldu.
Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?
Yarış zamanı çalışıram ki, fikrim dağılmasın, düşüncələrimi öz işimə yönəldirəm.
Onlara nə demək istərdin?
Daha çox dəstək olun və gimnastikanı sevin!