İdman

gimnastikadan

başlayır

Polşalı baş məşqçi: Azərbaycan Gimnastika Federasiyası təşkilati məsələlərdə digər federasiyalara çox şey öyrədə bilər

17 fevral 2017

Polşalı baş məşqçi: Azərbaycan Gimnastika Federasiyası təşkilati məsələlərdə digər federasiyalara çox şey öyrədə bilər

"Azərbaycan Gimnastika Federasiyası təşkilati məsələlərdə digər federasiyalara çox şey öyrədə bilər", Trend-in məlumatına görə, bunu batut gimnastikası üzrə Polşa milli komandasının baş məşqçisi Radoslav Valçak deyib.

Baş məşqçi bu arenada iştirakdan zövq aldığını deyib: “Fikirləşirəm ki, sizin arena dünyada ən yaxşılardandır. Sizdə təşkilatçılıq çox yüksək səviyyədədir və digər ölkələr sizdən çox şey öyrənə bilər”.

Onun sözlərinə görə, ötən Dünya Kuboku ilə müqayisədə Polşa millisinin heyətində dəyişikliklər olub:

“Biz komandamızın lideri Artur Zakjevskini buraya gətirmişik. Bundan başqa, komandaya ötən ildən fərqli olaraq qızlar da daxil edilib və iki yeni kişi idmançı da var. Bu, yeni dövrün və yeni ilin ilk yarışıdır. Qaydalarda bir qədər dəyişiklik var. Amma fikrimcə, gimnastlarımız uğurla çıxış edəcək. Biz Arturun finala çıxmasını gözləyirik”.

“Trend” İnformasiya Agentliyi, 16 fevral 2017-ci il