İdman

gimnastikadan

başlayır

Puerto-Riko milli komandasının məşqçisi: Milli Gimnastika Arenası təlim-məşq toplanışları üçün gözəl yerdir

28 noyabr 2019

Puerto-Riko milli komandasının məşqçisi: Milli Gimnastika Arenası təlim-məşq toplanışları üçün gözəl yerdir

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Puerto-Riko milli komandasının təlim-məşq toplanışları keçirilir.

Toplanışlarda dörd Puerto-Riko təmsilçisi iştirak edir.

Milli komandanın məşqçisi Silviya Taseva Bakıya ilk dəfə gəldiyini deyib:

“Milli Gimnastika Arenasında hazırlıq üçün bütün şərait yaradıldığı üçün Puerto-Riko milli komandası burada məşq etməkdən məmnundur. Mən Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva ilə şəxsən tanışam. Bu il Mariana Vasileva bizi Bakıda məşqlərə dəvət etdi. Biz buna görə çox şadıq”.

Onun sözlərinə görə, Bakıdakı toplanışın məqsədi Puerto-Riko milli komandasının gələcək yarışlara hazırlaşmasıdır:

“Biz bir neçə Dünya Kubokunda, eləcə də beynəlxalq yarışlarda iştirak etməyi planlaşdırırıq. May ayında biz mövsümü iki iri yarışla, Pan-Amerika oyunları və Mərkəzi Amerika yarışlarının təsnifat mərhələsi ilə başa çatdırmağı planlaşdırırıq. Ona görə də komandamızın yüksək səviyyədə hazırlıqlı olması vacibdir”.