İdman

gimnastikadan

başlayır

Qazaxıstan idmançısı: Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun belə böyük arenada keçiriləcəyini gözləmirdim

17 noyabr 2018

Qazaxıstan idmançısı: Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun belə böyük arenada keçiriləcəyini gözləmirdim

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kuboku çox yüksək səviyyədə təşkil olunub.

Bunu Trend-ə Qazaxıstan idmançısı Daniel Dil deyib.

O qeyd edib: "Biz kişi cütlüklərin yarışını açdıq, buna görə də bir qədər həyəcanlı oldu".

Gimnastın sözlərinə görə, bu, onun Bakıya ilk səfəridir və turnirin belə yüksək səviyyədə keçiriləcəyini gözləmirdi:

"Akrobatika gimnastikası üzrə Dünya Kubokunun Bakıda belə böyük arenada keçiriləcəyini gözləmirdim. Arena çox rahat və gözəldir. Bizim üçün burada hər cür şərait yaradılıb".