12 may 2021
"Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku yüksək səviyyədə təşkil edilib", bunu Gürcüstan gimnastı Ketevan Arbolişvili deyib.
O bildirib ki, Dünya Kubokunda əsas hədəfi yaxşı çıxış etməkdir:
"Əlbəttə, koronavirus pandemiyası yarışların keçirilməsinə təsirini göstərib. Yarışların böyük əksəriyyəti tamaşaçısız keçirilir. Etiraf edim ki, tamaşaçıların olmadığı, dəstək hiss olunmayan zalda çıxış bir qədər çətindir. Bakıdakı Dünya Kubokundan əvvəl Bolqarıstanda yarışlarda iştirak etmişəm, ona görə də yeni qaydalara uyğunlaşıram. Heç nəyə baxmayaraq yaxşı nəticə göstərməyə çalışıram
Gimnast əlavə edib ki, Bakıda yarışların təşkilat komitəsinin işi çox dəqiqdir:
"Hamı nə edəcəyini yaxşı bilir, işlər qüsursuz yerinə yetirilir. Azərbaycanda artıq beşinci dəfədir ki, yarışlarda çıxış edirəm. Əvvəllər buraya gənclər yaş kateqoriyasında olarkən gəlmişəm. Burada hər şey mənim xoşuma gəlir".
"Trend" İnformasiya Agentliyi, 8 may, 2021-ci il.