15 iyun 2014
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında iştirak edən Rusiya nümayəndə heyətinin üzvü Dmitriy Turqenev yarışın təşkilatçılığına heyran qalıb.
“Avropa Çempionatı kimi irimiqyaslı tədbirdə ilk dəfədir iştirak edirəm və mənim hər şey xoşuma gəldi” – Turqenev bu fikirləri, yarış və Azərbaycanın paytaxtı haqda öz təəssuratlarını “Trend” saytına bölüşərkən qeyd edib.
Ətrafda hökm sürən təmizlik və gözəlliyi vurğulayan Rusiya nüməyəndə heyətinin üzvü, yarışın keçirildiyi Milli Gimnastika Arenasına heyran olduğunu bildirib.
13 iyun tarixində Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə sayca 30-cu yubiley Avropa Çempionatı start götürüb. Bakıda artıq 3-cü dəfədir ki, keçirilən yarışda 33 ölkədən 258 gimnast iştirak edir. Onlar 9 cüt medal uğrunda mübarizə aparırlar.
Bakıda bədii gimnastika üzrə Avropa Çempionatı bugün yekunlaşacaq.
Bakıda keçirilən çempionat ərəfəsində şənbə günü Azərbaycan yuniorlar arasında komanda hesabında 3-cü yerdə qərarlaşdı. Ümumi çətinlikdə Azərbaycan komandası 94.364 bal topladı.
Rusiyalı gimnast İrina Annenkova topla hərəkətlərdə yuniorlar arasında Avropa Çempionu oldu. Hakimlər Annenkovanın çıxışını 16.300 balla qiymətləndirdi.
Azərbaycan gimnastı Jalə Piriyeva isə halqa ilə fərdi yarışlarda 2-ci yeri qazandı. Hakimlər onun çıxışını 16.300 balla qiymətləndirdi.