İdman

gimnastikadan

başlayır

Rusiyalı gimnast: Batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda möhtəşəm hisslər keçiririk

18 fevral 2017

Rusiyalı gimnast: Batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda möhtəşəm hisslər keçiririk

Bakıdakı batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda keçirilən hisslər çox gözəldir.

Bu barədə Trend-ə rusiyalı gimnast, 2016-cı il Olimpiya oyunlarının gümüş mükafatçısı Dmitri Uşakov deyib.

O, öz çıxışını orta qiymətləndirib: “Bəzi səhvlər olub, amma fikrimcə, təsnifatı keçmək üçün bu kifayət edər. Finalda daha yaxşı nəticə göstərməyə çalışacağam”.

D.Uşakov bildirib ki, yarışlar yüksək səviyyədə təşkil olunub:

“Mühit çox möhtəşəmdir. İdmançıların meydançaya çıxışı çox gözəl təşkil olunub. Bəzi çətinliklər də oldu. Ümumilikdə, işıqlandırmaya tez öyrəşdim. Baxmayaraq ki, isinmə hərəkətləri zamanı hamı bir qədər özünü itirmişdi, yarışa normal heyətdə çıxdıq. Azarkeşlər əla dəstək göstərir”.

Gimnast əlavə edib ki, onun indiki əsas məqsədi axşam sinxron tullanmalarda uğurla çıxış etməkdir.

“Trend” İnformasiya Agentliyi, 18 fevral 2017-ci il