İdman

gimnastikadan

başlayır

Səfir: "Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi çox yüksək səviyyədə təşkil olunub"

17 noyabr 2018

Səfir: "Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi çox yüksək səviyyədə təşkil olunub"

Bu sözləri  Trend-ə açılış mərasiminə qatılan Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana deyib.

Səfir qeyd edib ki, Hindistan gimnastları burada iştirak etməkdən çox şaddırlar, çünki burada çox gözəl şərait yaradılıb: "Bu yarış dünya səviyyəlidir. Hindistan gimnastları bir çox raundlarda iştirak edir və medal qazanacaqlarına çox ümid edirlər. Belə dünya səviyyəli tədbiri təşkil etdiyinə görə Azərbaycana, Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımı bildirirəm. Bütün hindistanlılar burada olmaqdan, bu gözəl arenanı, həmçinin möhtəşəm Bakını görməkdən çox şaddırlar".

Sanjay Rana əlavə edib ki, idmançılar cidd-cəhdlə hazırlaşıblar, əllərindən gələni edirlər: "Kimin qalib gələcəyini, kimin məğlub olacağını görəcəyik, lakin əsas olan idmandan zövq almaqdır. Hamıya uğurlar arzulayıram və inanıram ki, Hindistan komandası da uğurlu çıxış edəcək. Azərbaycan və Hindistan Gimnastika federasiyaları arasında çox yaxşı münasibətlər var və bu münasibətlər daha da genişlənir".