İdman

gimnastikadan

başlayır

Selcan Mahsudova "Paris-2024"dəki çıxışından danışdı

02 avqust 2024

Selcan Mahsudova

Bu gün batut gimnastikası üzrə ölkəmizi ilk dəfə Olimpiya Oyunlarında təmsil edən Selcan Mahsudova "Paris-2024"də öz çıxışını yerinə yetirdi. İdmançımızla hazırladığımız müsahibəni sizə təqdim edirik:

"İlk olaraq xalqıma təşəkkür edirəm ki, məni çıxışım zamanı izlədi. Ailə üzvlərim, dostlarıma dəstək olduqları üçün minnətdaram. Bu mənim ilk Olimpiadamdır. İlk tarixi lisenziyanı qazandıq. Batut gimnastikası üzrə Olimpiadada debüt etməklə artıq tarix yazıldı. Bu dəfə çıxışım istədiyim kimi alınmadı. İnanıram ki, Los-Ancelesdə keçiriləcək növbəti Olimpiya Oyunlarına lisenziyanı qazanıb orada daha yaxşı çıxış nümayiş etdirəcəyəm. Bu gün ilk çıxışım zamanı həyəcan var idi deyə bütün hərəkətləri yerinə yetirə bilmədim. Ancaq fikrimi toplayıb ikinci çıxışımı sona qədər yerinə yetirdim ki, ölkəmi layiqincə təmsil edim".